UEFA Konfrans Liqasının rəsmi tviter səhifəsi “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevlə bağlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, 27 yaşlı qolkiperin Konfrans Liqasının qrup mərhələsinin 4-cü turunda “Kayrat”la oyunda komandasını qoldan xilas etdiyi epizodun videosu yayımlanıb.

Paylaşıma “Şahrudin Məhəmmədəliyevin refleksləri” başlığı yazılıb.

Qeyd edək ki, “Kayrat” – “Qarabağ” qarşılaşması Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı