UEFA Azərbaycan millisinə texniki məğlubiyyət verib


UEFA Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasına texniki məğlubiyyət verib.

Metbuat.az xəbər verir ki, buna yığmanın koronavirusa yoluxma hallarına görə Avropa çempionatının seçmə mərhələ oyunlarında meydana çıxa bilməməsi səbəb olub.

Qeyd edək ki, 3-cü qrupda yer alan millinin heyətində Həmzəalı Mikayılov (“Sabah”), Adəm Topalov (“Səbail”) və İbrahim Ağayarovun COVID-19 testi müsbət çıxdığından komanda Norveç, BelçikaLüksemburqla matçlarda iştirak edə bilməyib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Başa dön tuşu