Türkiyə ordusu heç bir xəbərdarlıq etmədən Suriyanın şimalında hərbi əməliyyatlara başalaya bilər”.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Məlumatlara görə, Türkiyə ordusunun iki istiqamətdə hücuma keçəcəyi gözlənilir. Bildirilir ki, Ankaranın bu həmləsinə qarşı Suriya ordusu Ayn İsa bölgəsinə 150 hərbçi göndərib. YPG terror qruplaşması isə Təl Tamir, Əbu Rasin bölgələrinə qüvvələr və hərbi texnikalar cəlb edir. Məlumata görə, Türkiyə ordusu da hərbi əməliyyatlara hazırlığı davam etdirir. Ankara Rəsulayn, Hələb şəhərinin şərqinə və Aynel Ərəb bölgəsinə əlavə hərbi qüvvələr göndərib.

Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında antiterror əməliyyatlarının başlaya biləcəyini elan etmişdi.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı