Afinada Yunanıstanın Baş naziri Kiryakos Miçotakis və hollandiyalı həmkarı Mark Rutte arasında keçirilən birgə mətbuat konfransında gərgin anlar yaşanıb.

Metbuat.az xəbər verir ki, hollandiyalı jurnalistin “Yalan danışmağı nə vaxt qırağa qoyacaqsız? Qaçqınları geri qovmaq məsələsində Yunanıstandakı qaçqınlara nə olduğuna dair yalan danışmağı nə vaxt dayandırcaqsız?” sualı Yunan naziri əsəbləşdirib. Yunan nazir qaçqın böhranına görə Türkiyəni ittiham edib. “Hollandiyada siyasətçilərə birbaşa sual vermək kimi adətin olduğunu bilirəm və buna hörmət edirəm.

Lakin hörmət etmədiyim bu binada Yunanıstanı və Yunan xalqını təhqir etməyinizdir” – deyə nazir cavab verib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı