Türkiyə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə yükdaşımaların həcmini artırmaq niyyətindədir.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismayıloğlu “Anadolu” agentliyinə müsahibəsi zamanı məlumat verib.

O qeyd edib ki, hazırda yükdaşımalarının həcmi 1 milyon 360 min tonu ötüb. Ankara bu göstəricini ortamüddətli perspektivdə ildə 3,2 milyona, uzunmüddətli perspektivdə isə 6,5 milyon tona çatdırmağı planlaşdırır.

Nazir əlavə edib ki, Ankara BTQ vasitəsilə Çin-Türkiyə marşrutu üzrə qısa müddətdə 100, orta müddətdə isə 200 yük qatarının hərəkətini təmin etməyi qarşısına məqsəd qoyub.

Qeyd edək ki, uzunluğu 829 km olan dəmir yolu 2017-ci ildə istifadəyə verilib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı