Sudanda toqquşmalar – 35 nəfər öldü


Sudanın Darfur vilayətinin qərbində köçəri qruplaşmalar arasında böyük toqquşma yaşanıb.

Metbuat.az xəbər verir ki, bu barədə TASS agentliyi yazıb.

Ötən həftədən başlayan qarşıdurmalarda ən azı 35 nəfərin həlak olduğu bildirilir.

Məlumata görə, toqquşmalar zamanı 16 kənd tamamilə yanıb. Toqquşmaların dəvələrin oğurlanması səbəbindən başladığı vurğulanır.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Başa dön tuşu