“Əldə etdiyimiz məlumata görə, Bakıda Soçidəki görüş çox müsbət qiymətləndirilir, çünki biz əsas məsələlərdə öz mövqelərimizi irəli sürə bilmişik. Burada bəyanatın mətninin özü o qədər də vacib deyil (o, mümkün qədər neytral tərtib edilib və ötənilki bəyanatın praktikası göstərir ki, heç də bütün məqamlar yerinə yetirilmir). İki tərəf arasında üç saatlıq intensiv danışıqların real nəticələri Əliyev, Putin və Paşinyan bağlı qapılar arxasında əldə edilib”.

Metbuat.az xəbər verir ki, bu fikirləri siyasi analitik İqor Korotçenko bildirib.

O şərhində bunları vurğulayıb:

“Bakı aşağıdakılara nail ola bildi:

⁃ “Qarabağın statusu”, ATƏT-in Minsk Qrupu, “münaqişə” mövzusu – ermənilərin danışmaq istədiyi hər şey tamamilə zərərsizləşdirilib. Eləcə də ermənilərin “müharibə əsirləri” və s. haqqında bir kəlmə də yoxdur, onlar “humanitar məsələlər”in ümumi ifadəsi ilə kifayətləniblər ki, bunların arasında çoxlu sayda, məsələn, mina sahələrinin xəritələri problemləri var.

⁃ Nikol Paşinyanın Soçidə guya Azərbaycan tərəfindən “Ermənistanın suveren ərazisinin işğalı” ilə bağlı şikayətləri dinlənilməyib. Ona açıq şəkildə çatdırılıb ki, ötənilki razılaşmalar icra olunmalıdır.

⁃ Vladimir Putin “nəqliyyat dəhlizləri” ifadəsini səbəbsiz ifadə etməyib. Bəyanatda regionun iqtisadi potensialının artırılması məqsədilə mümkün qədər tez “konkret layihələrin” həyata keçirilməsinin zəruriliyindən bəhs edilir.

Bizdə olan məlumata görə, bu, məhz Zəngəzur dəhlizidir. Avtomobil və dəmir yolu əlaqələrinin açılması ilə bağlı razılaşmalar əldə olunub”. / Konkret.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin