Sarkisyan rüşvət almaqda ittiham olunur


Ermənistanın keçmiş prezidenti Serj Sarkisya külli miqdarda rüşvət almaqda ittiham olunur.

Metbuat.az xəbər verir ki, bu barədə “Sputnik Armeniya”ya ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Hazırda onun haqqında başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib. Qeyd edək ki, oktyabrın 8-də Baş Prokurorluğa cinayət işinin başlanması ilə bağlı istintaq materialları daxil olub.Məlumat üçün bildirək ki, avqustun 25-də parlamentdə çıxış edən Vətəndaş Müqaviləsi fraksiyasından olan deputat Xaçatur Sukiasyan Serj Sarkisyanın Baden-Baden şəhərindəki qumarxanalarda 100 milyon dollar uduzması barədə danışmışdı.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Başa dön tuşu