Bu gün Şamaxıda baş verən zəlzələ nəticəsində hər hansı ciddi fəsad qeydə alınmayıb, xəsarət alan olmayıb.

Bu barədə Metbuat.az-a rayon icra hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, zəlzələ nəticəsində Şamaxı şəhəri və ətraf kəndlərində hər hansı fəsad qeydə alınmayıb.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 16:46-da Şamaxı rayonu ərazisində – Pirqulu seysmoloji stansiyasından 20 kilometr cənubda zəlzələ baş verib. Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 5,1-ə bərabər olub. Yeraltı təkanlar episentrdə 5, ətraf rayonlarda 3-4 bala qədər hiss edilib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı