Salyanda “avtoş”luq edən sürücülər saxlanılıb


Salyan Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Metbuat.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı nəqliyyat vasitəsini müvafiq sənədləri və sürücülük hüququ olmadan idarə edən sürücülər müəyyən edilib, onlarla profilaktiki söhbətlər aparılıb.

Bundan əlavə, tədbirlər zamanı avtomobildə konstruksiya dəyişikliyi edən 8 sürücünün nəqliyyat vasitəsi saxlanılaraq DYPB-nin müvəqqəti duracağına gətirilməsi təmin edilib.

Yol patrul xidmətinin əməkdaşları qayda pozuntusuna yol verən gənclərlə bir daha izahedici söhbətlər apararaq, yol hərəkəti qaydalarına ciddi riayət etməyin vacibliyi çatdırıblar. Qaydaları pozan sürücülər barəsində qanunamüvafiq tədbir görülüb və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Başa dön tuşu