Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilidə yaddaş pozğunluğu yaranmağa başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə onun vəkili Nika Qvaramiya məlumat verib.

“Mixail Saakaşvili artıq özünü çox pis hiss edir. Bu artıq fiziki cəhətdən də müşahidə olunur. Onun ünsiyyət problemi yaranıb və yaddaşında ciddi pozğunluqlar var. Saakaşvili insanların adlarını xatırlaya bilmir. Hələlik mənim adımı xatırlayır, ancaq söhbət əsnasında məlum oldu ki, dostlarının bir neçəsinin adını xatırlamır”, – deyə eks-prezidentin vəkili bildirib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı