Saakaşvili helikopterlə həbsxanadan çıxarılıb


Gürcüstanın 39 gündür aclıq elan edən eks-prezidenti Mixail Saakaşvili Rustavidəki 12 saylı həbsxanadan köçürülüb.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında siyasətçinin anası Giuli Alasaniya bildirib. O qeyd edib ki, həbsxanaya oğluna baş çəkməyə gedərkən içəri buraxılmayıb. Məlum olub ki, Saakaşvili artıq həmin həbsxanada deyil.

“İki zirehli maşın gəldi, daha sonra helikopter uçmağa başladı”, – deyə Alasaniya bildirib.

“Pirveli” kanalının məlumatına görə, Saakaşvili helikopterlə Qori hərbi hospitalına aparılır.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Başa dön tuşu