“Baş verənlər gözlənilən idi. Çünki müharibə bitsə də, tərəflər arasında sülh sazişi imzalanmayıb, sərhəd müəyyənləşməyib, dəhliz açılmayıb. Bu qeyri-müəyyənlikdir. Odur ki, belə vəziyyətdə gərginlik azalmayacaq. Köhnə status-kvo yoxdur, təzəsi isə hələ formalaşmayıb. Bu durumda güclü tərəf – Azərbaycan zəif tərəfə – Ermənistana öz şərtlərini diqtə etməlidir”.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, birincisi, Azərbaycan ordusu sərhəddə möhkəmləndikcə, bu Ermənistanda neqativ reaksiya doğuracaq və qarşı tərəf təxribata meyllənəcək ki, guya hələ müqavimət gücü var.

“Reallıqda isə yenə itki verirlər, həm ölürlər, həm də əsir düşürlər. Bu Ermənistanın vəziyyətini daha da ağırlaşdıracaq, daha çox xaosa sürüklənəcəklər. Ermənistanın yeni müdafiə naziri təyinatından bir gün keçməmiş ciddi çağırışla üz-üzə qalıb. İkincisi, Azərbaycan Ermənistana hərbi nöqteyi-nəzərdən təzyiqi artırmalıdır ki, rəsmi İrəvan Bakı ilə masada oturmağa məcbur qalsın. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiya və demarkasiya müzakirələrinə başlamağa qorxur. Çünki bilir ki, ağası Rusiyanın da tərəfdar olduğu danışıqlar başlasa müəyyən ərazilərdən vaz keçməli olacaq və bu onun reytinqinə zərbə vuracaq. Ancaq bu onun problemidir. Bizim vəzifəmiz isə Paşinyanı yeni razılaşmalara məcbur etməkdir. Bunun üçün isə Ermənistana hərbi təzyiqi artırmaq məcburiyətindəyik. Hazırda bu proses gedir”.

Politoloq Samir Hümbətov isə deyir ki, II Qarabağ savaşının bitməsindən 1 il keçməsinə baxmayaraq birmənalı şəkildə demək mümkündür ki, bəyannamənin şərtlərini imzalamış Ermənistan və Rusiya imza atmaqla qəbul etdikləri şərtləri icra etmək niyyətində deyillər. Digər tərəfdən Rusiya üçün Qarabağda gərginliyin davamlı olması maraqlı görünür. Ona görə də baş verən təxribatlara ya göz yumur, yaxud da onun təşkilinə gizli şəkildə dəstək verir.

“Bir neçə gün öncə ruslar tərəfindən Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti dislokasiya edilmiş Rusiya sülhməramlıları Xankəndi yaxınlığında provaslav kilsəsi inşa etməsi haqqında Rusiyanın TASS xəbər agentliyində məlumat yerləşdirildi. Provaslav kilsəsi ilə eyni gündə Rusiya sülhməramlıları tərəfindən Xocalı rayonu ərazisində 10 rus məşhurun heykəli də qoyulub. Bu nə deməkdir? Cavab çox sadədir. Rusiya burada sülhməramlı deyil. Təbii ki, bizim üçün Rusiyanın məqsədinin nədən ibarət olması məlumdur. Ən azından 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli baəyannamədən dərhal sonra müharibə ərzində Qarabağdan Ermənistana getmiş erməniləri yenidən avtobuslara dolduraraq Xankəndi və digər ərazilərə gətirmələri Rusiyanın burada hansı niyyətdə olduğunu açıq göstərir”.

Politoloq bildirdi ki, Rusiya belə süni gərginlikləri bilərəkdə yaradır və onun burada üç əsas məqsədi var.

Birincisi, sülhməramlıları”na mandat almaq, ikincisi, hərbi kontingentini artırmaq, üçüncüsü isə süni təxribatlarla 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyannamənin şərtlərinin icrasını ləngitmək.Samir Hümbətov onu da qeyd etdi ki, istənilən halda onun bu istəkləri baş tutmayacaq və belə davam edərsə, Azərbaycan 15 iyun 2021-ci il “Şuşa Bəyannaməsi”nin şərtlərinə uyğun olaraq Türkiyənin Azərbaycanda, daha dəqiq desək Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hərbi bazalar qurmasını tələb etmək məcburiyyətində qalacaq.

“Burada qeyd edilməli digər vacib məqam isə Ermənistanla bağlıdır. Məlumdur ki, II Qarabağ savaşında Ermənistan təqribən 70% ordusunu və silah-sursatını itirdi. Bu da o deməkdir ki, Ermənistanın Azərbaycanla döyüşəcək gücü və cəsarəti yoxdur. Əgər bugün erməni terrorçularının əlində silah-sursat varsa, bu məsələnin arxasında Rusiyanın dayandığnı göstərir. Nəticə olaraq onu qeyd etmək olar ki, bugün də sərhəddə və Qarabağda baş verən təxribatların arxasında Rusiyanın dayandığı ehtimalları daha çox görünür”.

Gülbəniz Hüseynli / METBUAT.AZ




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı