2019-cu ilin sonlarından Çinin Vuhan şəhərində ilk yoluxmanın qeydə alındığı koronavirus epidemiyası hələ də davam edir.

Metbuat.az xəbər verir ki, ölkəmiz də COVİD-19 – la mübarizə aparır. Belə ki, indiyədək ölkədə 542 150 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 503 524 nəfər müalicə olunaraq sağalıb, 7 208 nəfər vəfat edib, aktiv xəstə sayı 31 418 nəfərdir.

Qonşu ölkələrə gəlincə, Rusiya koronavirusa yoluxma və ölüm sayına görə ilk onluqda yer alır. Pandemiya baş qaldırandan indiyədək Rusiyada koronavirus səbəbindən ölənlərin ümumi sayı 244 447 nəfər təşkil edir. Rusiyada son sutkada koronavirusa yoluxanların sayı daha 40 735 nəfər artaraq, 8 714 595 nəfərə yüksəlib.

Türkiyə Respublikasında da vəziyyət heç də ürəkaçan deyil. Son sutkada 198 nəfər pandemiyanın qurbanı olub, 28 193 nəfər virusa yoluxub. Koronavirusa yoluxma və ölüm sayına görə ilk onluqdakı ölkələr siyahısına daxil olan Türkiyədə indiyədək 8 178 901 virusa yoluxub, 71 724 nəfər vəfat edib.

Sırada Gürcüstan var. Ötən sutkada koronavirusa 5240 yeni yoluxma halı müəyyən edilib, 68 pasiyent vəfat edib. Hazırkı dövrədək qonşu ölkədə 748 751 nəfər COVID-19 infeksiyasına yoluxub. Onların 10 368 nəfər vəfat edib.

İranda da ötən sutka ərzində 132 nəfər koronavirusdan (COVID-19) ölüb. Bununla da İranda bu virusdan ölənlərin sayı 127 053 nəfərə yüksəlib. Ötən sutka ərzində ölkədə 8633 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 5 973 457 nəfərə çatıb.

Ermənistanda daha 1835 nəfərdə koronavirus aşkarlanıb. Son sutkada ölkədə koronavirusdan 50 nəfər ölüb və bununla da ölənlərin sayı 6582-yə çatıb. Ümumi yoluxanların sayı isə 316 839 nəfərdir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı