2019-cu ilin sonlarından Çinin Vuhan şəhərində ilk yoluxmanın qeydə alındığı koronavirus epidemiyası hələ də davam edir.

Metbuat.az xəbər verir ki, ölkəmiz də COVİD-19 – la mübarizə aparır. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 124 yeni yoluxma faktı qeydə alınıb, 2 669 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

Belə ki, indiyədək ölkədə ümumilikdə 568 089 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 530 774 nəfər müalicə olunaraq sağalıb, 7551 nəfər vəfat edib, aktiv xəstə sayı 29 764 nəfərdir.

Qonşu ölkələrə gəlincə, Rusiya koronavirusa yoluxma və ölüm sayına görə ilk onluqda yer alır. Son sutkada ölkədə 37 374koronavirusa yoluxma halı qeydə alınıb, 1 251 nəfər ölüb. Pandemiya baş qaldırandan indiyədək Rusiyada 9 219 912 nəfər koronavirusa yoluxub. Bu dövr ərzində 260 335nəfər xəstəlik səbəbindən ölüb.

Türkiyə Respublikasında da vəziyyət heç də ürəkaçan deyil. Son sutkada 226 nəfər pandemiyanın qurbanı olub, 22 234 nəfər virusa yoluxub. Koronavirusa yoluxma və ölüm sayına görə ilk onluqdakı ölkələr siyahısına daxil olan Türkiyədə indiyədək 8 503 220 virusa yoluxub, 74 428 nəfər vəfat edib.

Sırada Gürcüstan var. Ötən sutkada koronavirusa 4446 yeni yoluxma halı müəyyən edilib, 77 pasiyent vəfat edib. Hazırkı dövrədək qonşu ölkədə 800 293 nəfər COVID-19 infeksiyasına yoluxub. Onların 737 316 sağalıb, 11 289 isə ölüb.

İranda da ötən sutka ərzində 103 nəfər koronavirusdan (COVID-19) ölüb. Bununla da İranda bu virusdan ölənlərin sayı 128 634 nəfərə yüksəlib. Ötən sutka ərzində ölkədə 5882 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 6 063 775 nəfərə çatıb.

Ermənistanda daha 799 nəfərdə koronavirus aşkarlanıb. Son sutkada ölkədə koronavirusdan 29 nəfər ölüb və bununla da ölənlərin sayı 7212 nəfərə çatıb. Ümumi yoluxanların sayı isə 332 713 nəfərdir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı