10 il əvvəl baha qiymətə alınan “Russian Blue” sortlu pişik Azərbaycand Belaruslu həkiminin yanlış müalicəsi səbəbindən ölüb.

Bu barədə Metbuat.az-a şikayət edən pişiyin sahibi Selcanxatun Hacıbalayeva iddia edir ki, onun ev heyvanı “Belvet” Baytarlıq Klinikasında kiçik bir soyuqdəymə şikayəti ilə müayinə və müalicə edilməsinə baxmayaraq 3 gün sonra eftanaziya iynəsi vurularaq öldürülüb.


Şikayətçinin sözlərinə görə, həmin klinikaya pişiyinin qan analizi və UZİ aparatında müayinə üçün müraicət edib. Daha sonra ev heyvanında aşka edilmiş bir neçə problemlə əlaqədar müalicə başlayıb. Bir neçə gün sonra pişiyi özünü yaxşı hiss etsə də sonra qəfil halı pisləşib. Yenidən klinikaya müraciət edən Selcanxatun Hacıbalayevanın pişiyinə ondan icazəsiz eftanaziyaya səbəb olacaq iynə vurulub. Nəticədə pişik şok vəziyyətinə düşərək ölüb. Şikayətçi iddia edir ki, o bu müalicəyə görə klinikaya 550 manatdan çox pul ödəyib. Sonuncu dəfə pişiyə vurulan iynə isə onun icazəsi olmadan tətbiq edilib. Xülasə həm mənəvi həm maddi ziyanla üzləşən Selcanxatun Hacıbalayeva aidiyyatı qurumlardan klinikanın cəzalandırılmasını və ödənişini geri tələb edir.

Bu məsələlər ilə bağlı “Belvet” klinikasına müraciət etdik. Metbuat.az-a klinikadan verilən açıqlamaya görə, adı çəkilən pişiyin ölümünə səbəb böyrək çatışmazlığı və heyvanın yaşlı olması olub.

“Eftanaziya iynəsi ilə heyvanın həyatına son qoymaq isə həm bahalı prosedurdur həm də, heyvan sahibinin icazəsi ilə mümkün olur. Haqqında danışılan pişiyin ölümünə səbəb isə yaşlı olması və böyrək problemləri olub. Nəticədə müalicəyə davam gətirməyən canlı həyatını itirib”.

Adı çəkilən klinikadan o da bildirildi ki, hazırda rəhbərlik xaricdə olduğu üçün bu barədə ətraflı məlumat verilə bilməyəcəklər.

Mövzu ilə bağlı açıqlama verən Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə bildirib ki, heyvan hüquqları ilə bağlı məsuliyyətin ağırlaşdırılmalıdır:


“Qeyd olunmalıdır ki, müvafiq qanunvericilik bazası mövcud olsa da, Azərbaycan Respublikasında heyvan hüquqları kifayət edəcək səviyyədə qorunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü madəsinə əsasən heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə- beş yüz manat məbləğində cərimə edilir. Bir vəkil kimi düşünürəm ki, heyvan hüquqlarının müdafiəsi sahəsində həm qanunvericilik aktlarına dəyişiklik edilərək bu sahədə məsuliyyətin dərəcəsi ağırlaşdırılmalı, cərimənin məbləği artırılmalı, həm də əməli-maarifləndirici tədbirlər gücləndirilməlidir.

Gülbəniz Hüseynli / METBUAT.AZ





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı