“Son günlərdə ABŞ hərbi gəmiləriQara dənizə girib və onları binokl ilə də görmək olur”.

Metbuat.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin belə açıqlama verib. O bildirib ki, ABŞ-ın həmçinin Avropaya orta mənzilli raketlərin yerləşdirilməsi barədə planı Rusiya üçün təhdid kəsb edir:

“Buna görə də, əvvəlki qərarlara uyğun olaraq, qarşıdakı illərdə 200-dən çox təyyarə və helikopter, 26 ədəd S-350 və S-400 müdafiə sistemləri, həmçinin kütləvi istehsalı başlayan S-500 müdafiə sistemlərinin ilk nümunə və ya nümunələrinin orduya əlavə tədarük edilməsi lazımdır”.

Putinin sözlərinə görə, müasir silahlarla ilk olaraq donanma təchiz edilməlidir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı