Ötən gün şəhid olan hərbçimiz ilə bağlı YENİ FAKT


Noyabrın 16-da Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan əsgər Elmin Əlizadə keçmiş futbolçu olub.

Metbuat.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, 2013-2016-cı illər ərzində UGİM Mingəçevir komandasının tərkibində milli assosiasiyanın keçirdiyi liqalarda iştirak edib.

“Futbol ictimaiyyəti adından bütün şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik. Allah rəhmət eləsin”, – AFFA-dan bildirilib.

Qeyd edək ki, Ermənistanın təxribatı nəticəsində Azərbaycanın 7 hərbçisi şəhid olub, 10-u yaralanıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Başa dön tuşu