Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.

Metbuat.az xəbər verir ki, mübarizəyə ikinci mərhələdən qoşulan yunan-Roma güləşçimiz Nihad Quluzadə (55 kq) sonuncu xal prinsipinə əsasən, İran təmsilçisinə uduzub.

Rəqib finala yüksəldiyi üçün N.Quluzadə noyabrın 2-də təsəlliverici görüşə çıxıb. Ukrayna təmsilçisinə qalib gələn güləşçimiz bürünc medal uğrunda görüşdə iştirak etmək hüququ qazanıb.

Üçüncü yer uğrunda görüşdə idmançımız ABŞ təmsilçisi Teylor La Monta qalib gələrək U-23 dünya çempionatının bürünc medalına sahib olub.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı