Mustafa Cengiz vəfat etdi


Qalatasaray” klubunun 37-ci prezidenti Mustafa Cengiz dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə klubun rəsmi Tvitter səhifəsində məlumat verilib.

““Qalatasaray” klubunun 37-ci prezidenti Mustafa Cengizi itirdik. Allahdan ona rəhmət diləyir, ailəsinə, sevənlərinə və ictimaiyyətimizə başsağlığı veririk”.

Qeyd edək ki, “sarı-qırmızılar”a 2018-ci ildən rəhbərlik edən Mustafa Cengiz mədə xərçəngi diaqnozu ilə müalicə alırdı. Bu ilin sentyabrında səhhəti pisləşən Cengiz xəstəxanaya yerləşdirilmişdi.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Başa dön tuşu