Rusiyanın Cənub hərbi dairəsinin komandan müavini, general-leytenant Rüstəm Muradov noyabrın 16-da Azərbaycanla sərhəddə Ermənistanın təxribatı zamanı ölən erməni hərbçinin meyitini Bakıdan İrəvana çatdırıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Muradov İrəvanda yeni təyin edilmiş müdafiə naziri Suren Papikyanla görüşüb. Erməni nazir rusiyalı generala bir gün əvvəl sərhəddə baş verən toqquşmalar, əsir düşən hərbçilər barədə məlumat təqdim edib.

Onlar əsirlərin qaytarılması, eləcə də itkin düşmüş əsgərlərin taleyinin aydınlaşdırılması istiqamətində intensiv işi davam etdirmək barədə razılığa gəliblər.

Xatırladaq ki, Ermənistanın Müdafiə Nazirliyi bir əsgərin öldüyünü təsdiqləyib. Həmçinin, 13 hərbçinin əsir düşdüyü, 24-nün taleyinin naməlum olduğu barədə məlumat yayıb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı