Küləkli hava şəraiti nə vaxtadək davam edəcək?


“Bu gün paytaxtda əsən güclü şimal-qərb küləyi gündüz saatlarından başlayaraq tədricən mülayimləşəcək”.

Metbuat.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, gün ərzində paytaxtda fasilələrlə yağış yağacaq:

“Havanın temperaturu 9 dərəcə isti təşkil edəcək”.

O bildirib ki, bölgələrdə yağıntılı hava şəraiti davam edəcək:

“Bəzi yerlərdə yağış, dağlıq və dağətəyi yerlərdə qar yağacaq”.

G.Məmmədova əlavə edib ki, noyabrın 12-i səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti sabitləşəcək.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Başa dön tuşu