UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunda Qazaxıstanda “Kayrat” və “Qarabağ” görüşü baş tutacaq.

Metbuat.az xəbər verir ki, qarşılaşma Moldovadan olan hakimlər briqadasına tapşırılıb. Referi Dumitri Muntyana Andrey Bodyan və Viktor Mardari laynsmanlar qismində kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Vyaceslav Banari yerinə yetirəcək.

Almatı şəhərindəki “Ortalık” stadionunda keçiriləcək “Kayrat” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qeyd edək ki, oktyabrın 21-də “Qarabağ” UEFA Konfrans Liqasının qrup mərhələsinin III turda Qazaxıstanın “Kayrat” klubu ilə üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi illə bitib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı