Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, İsrail və ABŞ Hərbi Dəniz Qüvvələri Mərkəzi Komandanlığının (NAVCENT) qüvvələri Qırmızı dənizdə çoxtərəfli dəniz təhlükəsizliyi əməliyyatlarına başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Komandanlığın mətbuat xidməti məlumat yayıb.

Bu, ABŞ, İsrail və iki Körfəz ölkəsi arasında keçirilən ilk dəniz təlimidir.

Məlumata görə, beş günlük təlim “USS Portland” gəmisində manevrləri əhatə edir və iştirakçı qüvvələrin dəniz qadağası qrupları arasında qarşılıqlı əlaqəni gücləndirəcək.

Qeyd edək ki, BƏƏ və Bəhreyn keçən il ABŞ-ın vasitəçiliyi ilə “İbrahim razılaşması” kimi tanınan saziş əsasında İsraillə diplomatik münasibətləri normallaşdırıb.

ABŞ-ın təlimdə iştirak edən donanması Bəhreyndə yerləşir və Ərəbistan körfəzi, Oman körfəzi, Qırmızı dəniz və Hind okeanının bəzi hissələrində fəaliyyət göstərir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı