İritonnajlı yük maşını yandı


“Qaya Neqliyyat” MMC-yə məxsus iritonnajlı yük avtomobilində yanğın baş verib.

Metbuat.az-ın məlumatına görə, yangın hadisəsi axşam saatlarında YevlaxZaqatalaGürcüstan sərhəd magistiral yolunun Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Naxçıvan şəhər sakini 1969-cu il təvəllüdlü Səfərov Arif Qasım oğlunun idarə etdiyi “Mercedes” markalı iritonnajlı yük avtomobili ilə hərəkətdə olarən, avtomobilin arxa təkərində yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Müafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınınsöndürənlərin səyi nəticəsində yangının genişlənməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Başa dön tuşu