İranda küçələrə posterləri asıldı – FOTOLAR


Tehranda kişi olduğu iddia edilən futbol üzrə qadınlardan ibarət İran milli komandasının qapıçısı Zöhrə Xudainə dəstək verilib.

Metbuat.az xəbər verir ki, gender müzakirələri ilə gündəmə gələn Z.Xudaiyə dəstək üçün paytaxt Tehrandakı meydanlara onun posterləri asılıb.

“Qəhrəman idmançımız” və “İranın qüruru” şüarları yazılmış posterlər Tehran əhalisi və sosial şəbəkə istifadəçiləri tərəfindən bəyənilib.

Xatırladaq ki, Z.Xudai qadın futbolçular arasında keçirilən Asiya Kubokunun İran – İordaniya görüşündə komandasına qələbə qazandırıb. Bundan sonra penaltilərdə rəqibinə uduzan iordaniyalılar İran yığmasının qapıçısının kişi olduğunu iddia ediblər.










You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Başa dön tuşu