“İran nüvə danışıqlarından əhatəli nəticə əldə etmək istəyir”.

Metbuat.az xəbər verir ki, İran prezidenti İbrahim Rəisi belə açıqlama verib. O bildirib ki, İran danışıqlar masasını tərk etməyəcək. “Sanksiyaların qaldırılması tələbimiz barədə geri addım atmayacağıq” deyən Rəisi əlavə edib ki, İran əsas prinsiplərini dəyişməyəcək.

Rəisi ABŞ-ın Oman dənizində İranın neft tankerini ələ keçirməsinə də toxunub və bildirib ki, Vaşinqton güc tətbiq etmək siyasətini davam etdirir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı