Bu ilin 10 ayında pensiya, müavinət, təqaüd, ünvanlı yardım üzrə ötən ilin eyni dövrünə nisbətən 166,5 mln. manat çox olmaqla 4 mlrd. 949 mln. manat vəsait ödənilib

Bu barədə Metbuat.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, 2021-ci ilin yanvar-oktyabr aylarında nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 4 mlrd. 949 mln. manat vəsait ödənilib. Bu da ötən ilin eyni dövründə müvafiq istiqamət üzrə ödənilən vəsaitə nisbətən 3,5% və ya 166,5 mln. manat çoxdur.

Pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlər 2,4 milyon nəfəri əhatə edib.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı