Xizəksürmə üzrə ikiqat olimpiya çempionu Simen Heqstad Krüger xəstəxanaya yerləşdirilib.

Metbuat.az-ın məlumatına görə, buna idmançının itlərin hücumuna məruz qalması səbəb olub.

Onun sözlərinə görə, hər şey qəflətən baş verib: “Məşq edirdim, iki balaca itlə qarşılaşdım. Əvvəlcə qaçıb oynayırdılar, lakin sonra qəfildən mənə hücum etdilər. Qorxmadım və qışqırmadım, daha çox təəccübləndim. Təəssüf ki, məni dişləmələrinə mane ola bilmədim. Çox ağrılıdır. Dərhal xəstəxanaya yollandım və quduzluğa qarşı vaksin vurdurdum”.

Qeyd edək ki, Krüger 2018-ci ildə Cənubi Koreyanın Pxençxanq şəhərində keçirilmiş Qış Olimpiya Oyunlarında skiatlon və estafet üzrə yarışların qalibi olub.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı