Rusiyalı sülhməramlılarının Dağlıq Qarabağdakı ilk komandanı general-leytenant Rüstəm Muradovun noyabrın 9-da Ermənistana gedəcəyi ilə bağlı xəbərlər yayılıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Hrparak” nəşri yazaraq iddia edir ki, Muradovun səfərində məqsəd Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətinin ildönümü münasibəti ilə keçiriləcək tədbirdə iştirak etməkdir. Nəşr bildirir ki, Rüstəm Muradov sabah səhər noyabrın 10-da medalların təqdimetmə mərasiminin keçiriləcəyi Qarabağa yola düşəcək. Məlumat üçün bildirək ki, bu barədə nəşrin iddiasından başqa rəsmi bir məlumat yoxdur.

Qeyd edək ki, Rüstəm Muradov 2020-сi il noyabrın 11-dən 2021-ci il sentyabrın 9-dək Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı olmuşdur.

Gülbəniz Hüseynli / METBUAT.AZ

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı