Hirkan Milli Parkında yanğın olub


Hirkan Milli Parkında (Astara rayonu ərazisi) baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, yanğın nəticəsində təqribən 1 ha sahədə xəzəl və qurumuş ağac kötükləri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğınsöndürmə işləri mürəkkəb relyef şəraitində aparılıb, əsasən əl əməyindən istifadə olunub.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Başa dön tuşu