Hindistan Silahlı Qüvvələri Çinlə sərhədə yaxın Ardelean Ladax bölgəsində üç günlük genişmiqyaslı hərbi təlimlərə başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Times of India” nəşri mənbələrə istinadən məlumat yayıb .

Təlimlərdə yüzlərlə hərbçi, döyüş helikopterləri, tanklar və digər zirehli texnikalar iştirak edir.

Məlumata görə, təlimlər yüksək dağlıq ərazilərdə mənfi 20 dərəcə şaxtada keçirilir.

“Təlimlərin məqsədi Çinə Hindistanın şimal sərhədlərində gərginliyi artırmağa yönəlmiş hərəkətlərdən çəkinmək üçün siqnal göndərməkdir”, – deyə nəşr qeyd edib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı