Gecələr kişilərin evini gəzən qız: “Atamla hədələyirdilər”


Hacıqabul rayonunda 1994-cü il təvəllüdlü Aydın 10-cu sinif şagirdi Xumara (adlar şərti verilib – red.) qarşı əxlaqsız hərəkətlər edib.

Metbuat.az Telqraf.com-a istinadən xəbər verir ki, Aydın Hacıqabulun Rəncbər kəndində Xumara qarşı bir neçə dəfə seksual xarakterli hərəkətlər edib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aydın ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Hacıqabul rayonu Rəncbər kəndində yaşayır: “Xumar mənim həmkəndlimdir. Yaşadığım evlə Xumarın yaşadığı evin məsafəsi təxminən 300 metrdir.

Mən “İnstaqram” sosial şəbəkəsində adımı şərti olaraq “Huska_777” olaraq qeydiyyatdan keçirmişdim.

2019-cu ilin təxminən iyununda Xumar “İnstaqram” sosial şəbəkəsində “no_sevgi” adı ilə mənim səhifəmdə olan şəkilləri bəyəndiyi üçün ondan kim olmasını soruşdum. Bundan sonra Xumarla təxminən 1 ay müddətində danışdıq”.

“İnanmadım ki, gecə vaxtı gələrək qapının şəklin çəkər”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2019-cu ilin iyulunda dəqiq günün xatırlmadığı tarixdə gecə saat 2 radələrində Xumar həyət evinin, küçə qapısının şəklini çəkərək ona atıb: “Evin qapısı açıq olduğu üçün inanmadım ki, gecə vaxtı gələrək qapının şəklin çəkər.

Həmin vaxtı evdə tək olmuşam və yatmaq üçün yerimə girmişdim. Təxminən 1-2 dəqiqə sonra evin qapısının döyüldüyünü eşitdim. Yerimdən duraraq qapını açdım. Qarşımda Xumarı gördüm. Kiminsə görəcəyindən qorxaraq evə daxil oldu”.

“Cinsi əlaqədə olum”

Aydın qeyd edib ki, bundan sonra Xumarla 10-15 dəqiqə yataq otağında söhbət edib: “Sonra Xumar əynində olan cins şalvarı və papaqlı köynəyi “kapşonkanı” çıxardaraq yanıma yaxınlaşdı. Biz həmin vaxtı öpüşdük, sonra Xumarı yatağa uzatdım, onunla arxadan cinsi əlaqədə olum.

Xumar yataqdan durdu, paltarlarını geyinərək sağollaşıb, getdi. Bundan sonra Xumarla “İnstaqram” sosial şəbəkəsi vasitəsilə mütamadi danışdıq”.

“Bizə gələcəyini “İnstaqram” sosial şəbəkəsində yazdı”

Aydının sözlərinə görə, 2019-cu ilin noyabr-dekabr aylarında Xumarla “İnstaqram”da danışanda ondan nə etdiyini soruşub: “Xumara bildirdim ki, evdə təkəm. Məndən saat neçəyə qədər evdə tək olacağımı soruşdu. Axşam saatlarına kimi tək olacağımı bildirdim.

Xumar mənə hazırlığa gedəcəyini, günorta saatlarından sonra hazırlıqdan çıxan zaman bizə gələcəyini yazdı. O, telefonu evdə qoyacağını, hazırlıqdan çıxan zaman birbaşa mənim yaşadığım evə gələcəyini bildirdi”.

“Tələsik evlərinə getdi”

Aydın qeyd edib ki, Xumar hazırlıqdan çıxıb və onun yaşadığı evə gəlib: “Həmin vaxtı evin həyətində idim. Xumar tez məndən qabaq yaşadığım evə girdi ki, birdən onu kimsə görər. Mən də arxasınca evə daxil oldum.

Xumar üzərində olan məktəbli çantasını çıxararaq yerə qoydu. Sonra biz köməkçi otağa daxil olduq, orada olan çarpayıda oturaraq söhbət etdik. O, əynində olan üst paltarını özü könüllü çıxardı, mənimlə öpüşməyə başladı və bundan sonra birlikdə yatağa uzandıq. Cinsi əlaqədə olduq. Cinsi əlaqədə olandan sonra Xumar paltarını geyindi, tələsik evlərinə getdi”.

“Damın arxasında söhbət etdik”

Aydın bildirib ki, 2020-ci ilin yanvarında Xumar “İnstaqram”da ona yazıb və nə yaxşı “İnstaqram” sosial şəbəkəsinə girdiyini soruşub: “Mən də ona mobil telefonu təzə aldığımı bildirdim, sonra bir neçə saat danışdıq.

Xumar mənə gecə saat 22 radələrində həyətlərində olan damın dalında görüşməyi təklif etdi. Mən də razılaşdım. O deyən vaxt onların həyətyani sahəsinə qamış hasardan keçərək daxil oldum. Orada Xumarla damın arxasında söhbət etdik. Sonra öz yaşadığım evə qayıtdım”.

“Bağışlanmağımı istəyirəm”

Aydının sözlərinə görə, bundan təxminən 1 həftə sonra da Xumarla “İnstaqram”da danışıb, görüşməyi planlaşdırıblar: “Onların həyətinə gecə saat 23 radələrində getdim. Yer palçıq olduğu üçün Xumarın yaşadığı evin qapısından içəri girdim. Xumarla evlərinin yan hissəsində olan toyuq hininin arxasında görüşdük. 5-10 dəqiqə söhbət etdikdən sonra Xumar mənim evli olduğumu əsas göstərdi, onu almayacağımı bildirdi.

Sonra özünün həyatında başqa bir sevdiyi şəxs olduğunu bilidirdi, məndən ayrılmağı təklif etdi. Mən də razılaşdım, biz ayrıldıq. Bundan sonra Xumarla münasibətim olmayıb. Mənim azyaşlı övladım var, bağışlanmağımı istəyirəm”.

“Məktəbli olmağımı bildirdi”

Cinayət işi üzrə zərərşəkmiş şəxs qismində ifadə verən Xumarın sözlərinə görə, orta məktəbin 10-cu sinfində oxuyur: “Aydın və qardaşı Ramil mənim atam Əlvanla dostluq edirdi, bizim evimizə gəlib-gedirdi.

2018-ci ilin iyulunda kənddə Aydın ara yolda qoyun otaran zaman mənə yaxınlaşdı, məni sevdiyini bildirdi. Aydına onu sevmədiyimi dedim. O mənimlə əlaqəsinin olmasını atama deyəcəyi ilə hədələdi. Atamın mobil telefonunda paylaşdığım özümə məxsus paltarlı şəkillərimi Aydın statusdan götürdü və mənə qarşı hədə olaraq istifadə etdi.

Bundan 1 həftə sonra Aydınla vatsapda danışan zaman onunla görüşmədiyim təqdirdə şəkilləri “İnstaqram” sosial şəbəkəsində yayacağı ilə hədələdi. Aydının bu sözündən qorxdum, avqustun 2-də gecə saat 01 radələrində şortik və qısa köynək geyinərək Aydınla yaşadığı evin giriş qapısının qarşısında görüşdüm. Aydın mənə eşq elan etdi.

Təxminən yarım saat söhbət etdikdən sonra ayrıldıq. Aydın mənimlə evlənəcəyini demirdi. Lakin bildirirdi ki, səni atan deyiləm. Aydın mənim məktəbli olmağımı bildirdi”.

“7-8 dəfə İlqarla görüşdük, seksual hərəkətlər etdi”

Xumar qeyd edib ki, bundan sonra bu görüşmələr təxminən 2019-cu ilin iyul ayınadək davam edib: “Görüşlərin birində yaşadığım küçədə kəndarası yolda Aydınla görüşən zaman İlqar gəldi. Aydın məni İlqarla tək qoyaraq getdi. Bundan sonra İlqar mənə küçədə qalmamağı, söhbəti evin həyətində davam etməyi təklif etdi. Mən də razılaşdım.

İlqar evlərinin həyətində onunla görüşməyəcəyim təqdirdə Aydınla görüşməyimi atama deyəcəyini bildirdi. İlqarla razılaşdıqdan sonra getdi. Bundan sonra təxminən 15 gün sonra İlqar 2019-cu ilin yanvarında məktəbdən çıxaraq evə gəldiyim zaman yolda özünə məxsus VAZ markalı avtomobilini yanımda saxladı. Bildirdi ki, ona niyə yazmıram, sənin üçün Aydın deyiləm, sənə dedim axı, sən mənimlə də görüşməlisən, axşam zəng vuracaqsan, görüşəcəyik.

Bundan sonra İlqara məxsus mobil nömrəyə zəng vurdum, evin həyətinə gəlməsini bildirdim. 15 dəqiqə sonra İlqar içkili vəziyyətdə bizim evinin daş hasarından keçərək girdi. Mənə qarşı seksual xarakterli hərəkətlər etdi, sonra getdi. Evimizin həyətində 7-8 dəfə İlqarla görüşdük, seksual hərəkətlər etdi”.

“Münasibətlərim bitdi”

Zərərçəkmiş qeyd edib ki, sonuncu görüşdə, yəni 2019-cu ilin fevralın birinci on günlüyündə İlqarla gecə saat 2 radələrində yaşadığı evin həyətyanı sahəsində görüşüb: “Görüşməmiz təxminən 1 saat davam etdi. Həmin müddət ərzində İlqar evimin həyətində mənimlə öpüşdü və bədəninin müxtəlif nahiyələrindən öpdü, məni yerə yıxaraq arxadan qucaqladı və qeyri-təbii yolla mənimlə cinsi əlaqədə oldu, sonra getdi. Bununla da İlqarla olan münasibətlərim bitdi”.

“Ağlaya-ağlaya Aydının evini tərk etdim”

Xumarın sözlərinə görə, təxminən 2019-cu il martın 2-ci on günlüyündə, axşam saat 16-17 radələrində Aydın vatsap vasitəsi ilə onunla əlaqə saxlayıb və ona öz yaşadığı evə dəvət edib: “Mən də Aydının məndən ayrılacağını fikirləşdim və onun yaşadığı evə getdim. Həmin vaxtı küçədə heç kəs yox idi. Həyətə daxil oldum. Məni Aydın qarşıladı, öz evinə apardı. Evi bir neçə daş üstündə olduğu üçün pilləkəni çıxdıq, içəri daxil olduq.

Sonra Aydın mənə İlqarla xəyanət etdiyimi bildirdi. Aydına bildirdim ki, İlqarı sən ilişdirmisən, indi də onu uzaqlaşdır.

Aydın məni girişdən solda birinci otaqa, öz yataq otağına apardı, orada mənimlə zorla qeyri-təbii yolla cinsi əlaqədə oldu. Həmin müddət təxminən 15 dəqiqə çəkdi. Bundan sonra Aydın mənimlə məcburi əlaqədə olduğu üçün üzr istədi, əsəbi olduğunu bildirdi. Mən ağlaya-ağlaya Aydının evini tərk etdim”.

“Küçədə seksual hərəkətlər etdi”

Xumarın sözlərinə görə, təxminən 2019-cu ilin aprelin 1-ci on günlüyündə vatçapla Aydınla danışan zaman ondan ayrılmaq istədiyini bildirib: “Bu vaxt Aydını söydüm. Bildirdm ki, onu heç kəs söyə bilməz. Aydın ara yola gəlməyimi tələb etdi, gəlmədiyim təqdirdə atama hər şeyi deyəcəyini bildirdi.

Gecə saat 2 radələrində yaşadığın evdən çıxdım. Aydının bildirdiyi yerə getdim. Orada Aydınla söhbət edən zamanı “məni heç kəs söyə bilməz” sözünü dedi, bel kəmərinin altından bıçaq çıxardı, gövdəmin arxa sol böyründən bir dəfə bıçaqla vurdu, yerə yıxaraq sinə nahiyəmdə oturdu.

Həmin vaxtı qorxumdan səs çıxarmadım və onun əlindən çıxmaq üçün müqavimət göstərdim. Lakin cəhdim boşa çıxdı. Aydına güc gələ bilmədim. Mənə qarşı küçədə seksual hərəkətlər etdi. Sonra öz yaşadığım evə gəldim. Üzərimdə olan kirli paltarımı çıxardım, köynəyimdə qan ləkələri olduğu üçün onu sellofan torbaya qoydum, vanna otağına atım.

Səhəri gün saat 12 radələrində evi 50-60 metr kənarda olan zibil tullantıları atmaq üçün nəzərdə tutulan yerə atdım. Bundan təxminən iki gün sonra saat 15 radələrində rizayiyyat fənnindən müəllimin yanına hazırlığa getdim. Yolda Aydının mənimlə əks-istiqamətdə hərəkətdə olduğunu gördüm. O, qabağımı kəsdi. Məni oğlanların narahat etməsini bəhanə edərək söhbət etməyə başladı. Aydına bildirdim ki, dedikləri düzdür. “Səni heç kəs narahat etməyəcək” dedi”.

“Görüşməsəm də, vatsapda yazışırdıq”

Xumar qeyd edib ki, bundan sonra Aydın ona tərəf tulladığı bıçağın bədənə dəyib-dəymədiyini soruşub: “Bıçağın bədənimin sol nahiyəsinə dəydiyini bildirdim. Əlini həmin bıçaq yarasının üzərinə qoydu və “bura vurmuşam?” deyə məndən soruşdu. Mən də “hə” cavabı verərək ondan kənarlaşdım. Aydın məndən onu bağışlamağımıı istədi. Hazırlığa tələsirəm dedim, yoluma davam etdim.

Bundan sonra həmin günün səhəri dərsə gedən zaman məni heç kəs yolda narahat etmədi. Axşam saatlarında Aydın vatsapda məni kiminsə narahat edib-etmədiyini soruşdu. Heç kəsin məni narahat etmədiyini bildirdim. Bundan sonra barışdıq. Bir müddətində Aydınla görüşməsəm də, mütamadi yazışdıq”.

“Evinə gəlməyimi tələb etdi”

Xumarın sözlərinə görə, təxminən 2019-cu ilin aprelin 2-ci on günlüyündə gecə saat 2 radələrində Aydın vatsap vasitəsilə yazaraq ondan görüşməyi istəyib: “Görüşmədiyim təqdirdə atama deyəcəyini bildirdi. Razılaşdıq, həyətlərində görüşdük. Aydın mənimlə söhbət etdi, təxminən 30 dəqiqə sonra getdi. Bundan sonra Aydınla bu görüşlər bir neçə dəfə baş tutsa da, aramızda heç bir cinsi münasibət olmadı.

2019-cu ilin təxminən iyul ayının ikinci on günlüyündə Aydın vatsapda yazaraq onun evinə gəlməyimi tələb etdi. Gecə saat təxminən 2 radələrində Aydının yaşadığı evə getdim. Həmin vaxt evdə Aydın tək idi. İçəri evə daxil olduqda Aydın məni evin girişində yerləşən sağ otağa apardı. Bir neçə dəqiqə söhbət etdikdən sonra mənimlə qeyri-təbii yolla cinsi əlaqədə oldu. Həmin münasibətimiz təxminən 1 saat davam etdi. Bundan sonra Aydın məni özü gətirərək yaşadığım evin giriş qapısından içəri saldı.

Mən həyətdə olan su krantında əlimi yuyanda gördüm ki, Aydın bizim qapının yanında daş hasarın üstünə çıxıb. Ondan nə etdiyini soruşdum. Məndən qapıdan çölə çıxmağımı tələb etdi. Çölə çıxdım. Qapının qarşısında Aydın və ondan bir az kənarda İlqarın dayandığını gördüm. İlqar yaxınlaşdı və mənə birgə hədə-qorxu gəldilər ki, heç kəs bu münasibəti bilməsin, sonra getdilər. Mən evə qayıtdım”.

“Evlərinə getməyi təklif etdi”

Xumar qeyd edib ki, bundan təxminən 2-3 gün sonra Aydın vatsapda ona yazıb və nə etdiyini soruşub: “Mənim Aydınla təxminən 4-5 ay münasibətim olmadı və biz danışmadıq. Bu müddət ərzində həmkəndlim Rahib mənə “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə onlara gəlib-getdiyimi bildirdi, məni tanıdığımı bildirdikdən sonra danışmağa başladıq.

Rahib “İnstaqram”da başıma gələnləri bildiyini bildirdi. Aydının və İlqarın mənə etdikləri hərəkətlərə görə başlarına oyun açacağını söylədi.

Rahib mənə Şirvan şəhərində kompüter kursunda oxumağı təklif etdi və onun kompüterə həvəsi olduğu üçün Rahibin təklifini qəbul etdim. 2020-ci ilin yay aylarında Şirvan şəhəri 20 Yanvar küçəsində yerləşən kompüter kursuna getməyə başladım. Hacıqabul rayonundan Şirvan şəhərinə kursa özüm getmişəm.

Şirvan şəhərində məni Rahib qarşılayaraq kursa apardı. Təzə vaxtı Rahib məni 1-2 dəfə kursa apardı, sonra evlərinə getməyi təklif etdi. Təklifi qəbul etdim. Onun Elit bazarının yanında yerləşən evinə getdik. Orada Rahiblə təxminən 30 dəqiqəyə yaxın söhbət etdik. Sonra Rahib özü məni gətirərək Hacıqabul rayonuna yola saldı”.

“İnandığım üçün evinə getmişəm”

Xumarın ifadəsinə görə, bundan sonra yenidən Şirvan şəhərinə gəlib: “Rahib məni Şirvan şəhərində qarşıladı, yenə evinə apardı. Evində heç kəsin olmadığını bildirdi. Mənə ailə qurduğunu, amma uşağının olmadığını, bu səbəbdən mənimlə ailə quracağını dedi.

Rahiblə evdə 30 dəqiqəyə yaxın söhbət etdik, sonra Rahib məni Hacıqabul rayonuna yola saldı.

Rahiblə “İnstagram”da danışanda da mənimlə ailə quracağını, mənə kimin nə etdiyindən aslı olmayaraq, cəzalarını verəcəyini söylədi. Yenidən Şirvan şəhərinə kompüter kursuna gedəndə Rahib məni qarşıladı.

Rahibi tanıdığım üçün və bu müddət ərzində mənə dediklərinə inandığım üçün hər dəfə onun təklifini qəbul edib, evinə getmişəm”.

“Polisə şikayət etmişəm”

Xumar deyib ki, növbəti dəfə Rahibin təklifini qəbul edib və onun evə gedib: “Evdə Rahiblə oturub söhbət etdik. Sonra əlimdən tutdu, məni yataq otağına apardı. Orada mənimlə qeyri-təbii yolla cinsi əlaqədə oldu. Sonra məni Hacıqabul rayonuna yola saldı.

Yenidən Şirvan şəhərinə kursa gələndə Rahib məni evə dəvət etdi. Onunla razılaşmadım, münasibətimiz kəsildi. Təxminən Rahibdən ayrıldığım müddətdən 1 ay sonra Aydın məni kəndin yolunda gördü, Rahiblə münasibətimi onun danışdığını bildirdi”.

Xumar qeyd edib ki, Hacıqabul rayon polis şöbəsinə Aydın, İlqar və Rahibin barəsində şikayət edib. Rahibə qarşı şikayətini polis şöbəsində geri götürüb. Onun sözlərinə görə, Aydınla barışmayıb, ona ağır cəza verilməsini, həmçinin İlqarın da məsuliyyətə cəlb edilməsini istəyib.

Maraqlıdır ki, bu işdə təkcə Aydına Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham verilib.

Cinayət işi baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilib. Hakim Vahid Hacıyevin sədrliyi ilə baş tutan iclasda prokuror vəsatətlə çıxış edib.

Prokuror cinayət işi üzrə icraatın dayandırılmasını, təqsirləndirilən Aydına Cinayət Məcəlləsinin 152.2-ci (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham verilməsini istəyib.

Prokuror cinayət işinin yenidən araşdırılması üçün istintaqa qaytarılmasını istəyib.

Hakim ptokurorun vəsatətini təmin edib və cinayət işinin ağırlaşdırıcı halların mövcudluğunu müəyyən etmək üçün cinayət işi istintaqa qaytarılıb.

Həmçinin məhkəmə Aydının barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini 2022-ci ilin yanvarın 16-dək uzadılması barədə qərar verib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Başa dön tuşu