2022-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunacaq klublararası dünya çempionatının püşkatma mərasimi keçirilib.

Metbuat.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində baş tutan tədbirdə ilk üç mərhələdə, yarımfinal və finalda üz-üzə gələcək cütlüklər müəyyənləşib.

UEFA Çempionlar Liqasının son qalibi olan İngiltərənin “Çelsi” klubu və Libertadores Kubokunun son sahibi Braziliyanın “Palmeyras” komandası mübarizəyə yarımfinal mərhələsindən başlayacaq.

Püşkatma tam olaraq aşağıdakı kimidir:

I mərhələ

1. “Əl-Cəzirə” (Birləşmiş Ərəb Əmirlikləri) – “Oklend Siti” (Yeni Zelandiya)

II mərhələ

2. “Əl-Əhli” (Misir) – “Monterrey” (Meksika)

III mərhələ

3. “Əl-Hilal” (Səudiyyə Ərəbistanı) – 1-ci cütün qalibi

Yarımfinal

4. “Palmeyras” (Braziliya) – 2-ci cütün qalibi

5. 3-cü cütün qalibi – “Çelsi” (İngiltərə)

Qeyd edək ki, klublararası dünya çempionatı fevralın 3-dən 12-dək keçiriləcək. Oyunların dəqiq tarixi hələlik bəlli deyil. Turnirin son qalibi Almaniyanın “Bavariya” klubudur.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin