Erməni iş adamı Moskvada güllələndi


Keçmiş erməni güləşçi, iş adamı Hayk Arutyunyan Moskvada güllələnib.

Metbuat.az xəbər verir ki, hadisə H.Arutyunyanın Moskva vilayətinin Krasnoqorsk rayonunun Qalevo kəndindəki şəxsi evində baş verib.

Bildirilir ki, hadisə noyabrın 8-də baş verib. Belə ki, onlara köhnə tanışları olan Aşot adlı şəxs qonaq gəlib. O, ev sahibi H.Arutyunyanla mübahisə edib. Mübahisədən sonra Aşot keçmiş idmançını tüfənglə güllələyib. Arutyunyanı xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb. Hadisəni törədən şəxs hələ saxlanılmayıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Başa dön tuşu