“Koronavirusa yoluxma halında başlanğıc əlamətlər digər hava-damcı infeksiyaları ilə eynidir”.

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib. O bildirib ki, müəyyən yoxlamalardan sonra bunun koronavirus olduğu müəyyənləşir:

“Həmçinin burada ağciyər zədələnməsi sürətli gedirsə, müəyyən əlamətlər artırsa, o zaman COVID-19 olduğunu bilmək olur. Bizim üçün önəmli odur ki, xəstəliyin ilk günlərində COVID aşkarlansın. Xüsusən, “Delta” ştammında proses birdən-birə şiddətlənir və ağırlaşır. Bunun baş verməməsi, vaxtında aşkarlanması mütləqdir. İstənilən əlamətləri olanlara COVID xəstəsi kimi baxıb yoxlamadan keçirmək lazımdır”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı