Koronavirus xəstələrində dəmir defisiti ola bilər. Bu mikroelementin azlığı orqanizmdə fəsadlar yaradır.

Bəs hansı əlamətlərə diqqət yetirmək lazımdır?

Metbuat.az medicina.az-a istinadən xəbər verir ki, həkim terapevt Rimma Moysenko kovid xəstələrində dəmir çatışmazlığı barədə danışıb.

“Sağalanlarda postkovid sindromu olur, bu zaman dəmir defisiti bu əlamətlərlə görülür: saçların, dırnaqların laylanması, tökülməsi, ümumi zəiflik, halsızlıq, gözlərin dibinin rənginin avasıması və s. Çox xəstələrdə hətta koviddən öncə də qanazlığı, dəmir defisiti olur, bundan xəbərsizdirlər. Xəstəlik vəziyyəti daha da ağırlaşdırır.

Analizlərdə ferritin, transferrinin miqdarına baxılmalıdır.

Dəmir defisiti olanlarda maqniy, kalsiy, B 12 də az ola bilər.

İnsan özündə defisit axtarıb, müalicə edə bilməz.

Dəmiri artırmaq üçün qida rasionuna mal qaraciyəri, ət, toyuq ciyəri, qarabaşaq, yaşıl tərəvəzlər, ət məhsulları yemək lazımdır. Əgər bədəndə kandidoz göbələyi varsa, o zaman dəmir sovrulmayacaq. Ona görə şirniyyat, şəkər azaldılmalıdır.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin