Ceyhun Bayramov Makronun müşaviri ilə görüşdü


Bu gün xarici işlər naziri Ceyhun Bayramov Fransa Prezidentinin diplomatik müşaviri Emmanuel Bonla görüşüb.

XİN-dən Metbuat.az-a verilən məlumata görə, görüşdə tərəflər post-münaqişə mərhələsində bölgədə mövcud olan cari vəziyyət və yeni reallıqlar ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov qarşı tərəfə post-münaqişə fazasına aid məsələlər-azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi, dağıdılmış ərazilərimizin bərpa edilməsi, regionda kommunikasiyaların açılması, Ermənistanla sərhədlərin delimitasiya və demarkasiyasının həyata keçirilməsi, Ermənistanla Azərbaycan arasında beynəlxalq hüququn norma və prinsipləri əsasında münasibətlərin normallaşdırılması, Azərbaycan tərəfindən bu istiqamətdə birtərəfli qaydada həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Azərbaycanın bölgədə uzunmüddətli sülh və əmin-amanlığın təmin olunmasına tərəfdar olduğu vurğulanıb.

Görüşdə, həmçinin, Azərbaycan-Fransa ikitərəfli münasibətlərin cari vəziyyəti müzakirə edilib. Tərəflər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və siyasi dialoqun aktivləşməsinə hazırlığını və maraqlarını ifadə ediblər.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Başa dön tuşu