Bu rayonlarda sabah qaz olmayacaq


Sabah bir sıra ərazilərdə qazın verilişində fasilə yaranacaq.

Metbuat.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. Bildirilib ki, “Qazıməmməd-Qazax” yüksək təzyiqli magistral qaz kəmərində aparılacaq təmir işləri ilə əlaqədar sabah saat 09:00-dan etibarən işlər başa çatanadək İsmayıllı rayonunun tam olaraq (İsmayıllı şəhəri və rayonunun 28 kəndi), Ağsu rayonunun beş kəndi, Göyçay rayonunun isə yeddi kəndinin qaz təchizatında fasilə yaranacaq.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Başa dön tuşu