Noyabrın 22-də Ermənistanın paytaxtı İrəvanın müxtəlif istiqamətlərində etiraz aksiyaları keçirilib.

Metbuat.az xəbər verir ki, aksiyada iştirak edənlər sərhədlərin delimitasiya və demarkasiyasına qarşı çıxdıqlarını bəyan ediblər. Onlar müharibədən sonra dövlətin qayğısını hiss etmədiklərini, sabah başlarına nə gələcəklərindən xəbərsiz olduqlarını bildiriblər.

“Erməni əsgəri dövlətin qayğısını hiss etmir. Erməni əsgəri sabah onun başına nə gələcəyini bilmir. Bizdə 5000 ölü var, çünki saxtakarlığa inandılar, yalana inandılar. İndi biz yenidən onlara necə inanaq?” deyə Respublika meydanında “5165” hərəkatının təşəbbüskarı Karin Tonoyan bildirib.

Tanoyan qeyd edib ki, ölkəni təslim edən yalançıya, fırıldağçı Paşinyana hələ də inanmağa davam edirlər, amma güvən və şübhə duyaraq.

“Xahiş edirəm çölə çıxın və biz qələbə qazana bilərik. Erməni xalqına başqa heç kim kömək etməyəcək. Başa düşməliyik ki, biz özümüz özümüz üçün mübarizə aparmalıyıq, ölkəmizi yalnız özümüzə arxalanmaqla xilas edə bilərik”deyə aksiya iştirakçıları hökümətə qarşı tələblərini irəli sürüblər.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı