Bakıda yol-nəqliyyat hadisələri olub.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 6-da saat 6 radələrində Nərimanov rayonu Z.Bünyadov prospektində Bakı şəhər sakini R.Mancari idarə etdiyi “Land Rover” markalı avtomobillə yolu keçən paytaxt sakini Həbib Məmmədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

bundan başqa, noyabrın 6-da saat 23 radələrində Sabunçu rayonu Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakini C.Rzayev idarə etdiyi “Honda” markalı avtomobillə yolu keçən qəsəbə sakini Nəsib Zamanovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Hər iki qəza ilə bağlı araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı