Bir müddətdir heç bir tədbirlərdə görünməyən Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılovun başına iş gəlib.

Metbuat.az manset.az-a istinadən xəbər verir ki, yeni Gənclər və İdman naziri Fərid Qayıbovun təqdimatında və ondan sonrakı tədbirlərə görünməyən İsmayıl İsmayılov yıxılaraq qabırğasını sındırıb. Bir müddətdir xəstəxanada müalicə olunan nazir müavininin müalicəsi davam edir.

Bu barədə açıqlama verən İsmayıl İsmayılov vəziyyətinin yaxşı olduğunu bildirib.

“Hazırda yaxşıyam. Bu dəqiqə mənəm-mənəm deyən istənilən güləşçi ilə güləşə bilərəm. Min şükür çox yaxşıyam.”




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı