Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az-ın məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Cavadov Əmrah Abdul oğlu yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beynin ağır dərəcəli əziyi diaqnozları qoyulub.

Ə.Cavadovun vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı