Bakı və Abşeron yarımadasında şimal-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəyə daxil olan toz-dumanı müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən xəbərə görə, hazırda Bakı və Abşeronda havada tozun miqdarı normadan 2.5 dəfə çoxdur.

Bunu Xidmətin əməkdaşı Gülnarə Abbasova bildirib: “Peyk görüntülərinə əsasən demək olar ki, havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır”.

G.Abbasovanın sözlərinə görə, belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı