Bədii gimnastika üzrə yığma komandamızın üzvü Arzu Cəlilova İspaniyanın Barselona şəhərində keçirilmiş beynəlxalq turnirdə gümüş medal qazanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Bildirilib ki, təmsilçimiz beynəlxalq turnirdə bir çox titullu idmançıları üstələyərək, gürzlərlə çıxışına görə fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

A.Cəlilova çoxnövçülük yarışlarında isə dördüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, gimnastımız bu yarışda təşkilatçıların dəvəti əsasında iştirak edib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı