Əfqanıstanın paytaxtı Kabildə Həmid Kərzai Beynəlxalq Hava Limanının fəaliyyət göstərməsi ilə bağlı təəccüblü iddia ortaya atılıb.

Metbuat.az xəbər verir ki, “Reuters” agentliyi Körfəz ölkələrindən olan 4 diplomata istinadən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava limanının istismarı üçün “Taliban”la danışıqlar apardığını bildirib.

Adları açıqlanmayan diplomatlar BƏƏ rəsmilərinin bir neçə həftədir “Taliban”la məsləhətləşdiklərini bildiriblər.

QətərTürkiyə hazırda hava limanının istismarında “Taliban”a kömək edir. Qətər bu işi öz üzərinə götürmək istəsə də, diplomatlar hələlik tərəflər arasında rəsmi razılaşmanın olmadığını bildiriblər.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı