Azərbaycanın iki rayonunda qaz təchizatı dayandırılacaq


Sabah Azərbaycanın iki rayonunun böyük hissəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

“Azəriqaz” İB-dən Metbuat.az-a verilən məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus “Cəfərabad” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar 30.11.2021-ci il tarixdə saat 09:00-dan işlər başa çatanadək Şəki rayonunun (Şəki şəhəri və rayonun 30 kəndi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Həmçinin Goranboy rayonu ərazisində qaz təchizatı şəbəkəsində “Təmiz Qaz” QSC tərəfindən aparılan texniki baxış zamanı aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı 30.11.2021-ci il tarixdə saat 09:00-dan 17:00-dək Goranboy rayonunda yerləşən əhali qrupu üzrə (Goranboy şəhəri və 63 yaşayış məntəqəsi) istehlakçıların qaz təchizatı dayandırılacaq.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Başa dön tuşu