Qabaqcıl texnologiyaların sürətlə mənimsənilməsi, vətəndaşlara və biznes maraqlarına xidmət etməsi üçün Dördüncü Sənaye İnqilabı çağırışlarına çevik uyğunlaşma xüsusi əhəmiyyət kəsb edir.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

Nazir qeyd edib ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi və “Dubai Future Foundation” arasında imzalanan Anlaşma Memorandumunda rəqəmsal həllərin və Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi sahəsində əməkdaşlıq nəzərdə tutulur.

Xatırladaq ki, 2-5 noyabr tarixlərində iqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə gedib.

Dubayda Hökumətlərarası Komissiyanın 8-ci iclası və Azərbaycan İnvestisiya Forumu keçirilib. Nümayəndə heyətinin BƏƏ-nin rəsmi və biznes nümayəndələri ilə görüşləri, xarici investisiyaların cəlbi baxımından əhəmiyyətli platforma hesab edilən və Azərbaycanın investisiya imkanlarının da nümayiş olunduğu “Dubay Expo 2020” ümumdünya sərgisinə səfəri təşkil ediləcək.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı