21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Metbuat.az-ın məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda Avstriya yığmasını qəbul edib.

Bakcell Arena”dakı qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 42-ci dəqiqədə Emanuel Aivu hesabı açıb. 72-ci dəqiqədə Romano Şmid penaltini dəqiq yerinə yetirib. Şmid 3 dəqiqə sonra fərqi daha da artırıb.

Qeyd edək ki, hazırda Azərbaycan yığması 6 komandalı A qrupunda 5 oyundan 1 xalla 5-ci pillədə qərarlaşıb. Avstriya isə 6 görüşdən 12 xalla 3-cüdür. Qrupun digər matçında Norveç Finlandiyanı qəbul edir. Qarşılaşmada hələlik hesab açılmayıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı