ANAMA minaya düşən əməkdaşı ilə bağlı MƏLUMAT YAYDI


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ötən gün Zəngilanda mina partlayışı zamanı xəsarət alan əməkdaşı ilə bağlı məlumat yayıb.

Agentlikdən Metbuat.az-a verilən məlumata görə, qurumun Partlamamış Hərbi Sursatlar qrupunun (PHSQ) təhlilçi-operatoru Babayev Vaqif Əlizaab oğlu Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi hospitalına yerləşdirilib. Vəziyyəti stabil olaraq qiymətləndirilir.

Qeyd edilir ki, 19 noyabr 2021- ci il tarixində Vaqif Babayev Zəngilan rayonunda öz xidməti fəaliyyətini yerinə yetirərkən məsafədə baş verən tank əleyhinə minanın partlayışı nəticəsində agentliyin əməkdaşı yüngül qəlpə yaraları alıb.

ANAMA-nın ictimaiyyətlə əlaqələr və mətbuatla iş şöbəsinin məlumatına əsasən, hadisədən dərhal sonra Vaqif Babayev helikopter vasitəsilə Bakı şəhərinə çatdırılıb və hospitala yerləşdirilib.

Vaqif Babayev 2014- cü ildən ANAMA-da işləyir və fəaliyyəti zamanı hadisələr qeydə alınmayıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarının mütəmadi olaraq biliklərinin təkmilləşməsi, hazırlıq səviyyəsinin vaxtaşırı artırılması və yeni partlayıcı qurğular haqqında məlumatlı olması, gördükləri işin təhlükəsiz həyata keçirilməsinə xidmət edir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Başa dön tuşu